“Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünə dair qəti mövqeyi var"

16-07-2018, 21:46
Oxunub: 41
"Biz "Şərq Tərəfdaşlığı" proqramına üzv olan 6 ölkənin hər biri ilə çox sıx əməkdaşlıq edirik"


"Bu gün nazirlər tərəfindən həmişə xüsusi vurğulanan bir element yenidən təsdiqlənmiş oldu. Bildirildi ki, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qəti mövqeyi var".

APA-nın xəbərinə görə, bunu Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə nümayəndəsi Federika Moqerini xarici əlaqələr şurasının iclasından sonra deyib.

"Biz "Şərq Tərəfdaşlığı" proqramına üzv olan 6 ölkənin hər biri ilə 2020-ci ilə qədər 20 konkret layihənin inkişafına dair qəbul olunmuş qərarları həyata keçirmək üçün çox sıx əməkdaşlıq edirik", - deyə Moqerini əlavə edib.  
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti