Aİ Rusiyadan toyuq əti idxalını qadağan edib

16-07-2018, 17:09
Oxunub: 29
Rusiyanın iri hind quşu fabrikində ilkin götürülən nümunələrdə "quş qripi" virusu aşkarlanıb


Avropa İttifaqı Rusiyadan quş əti və quş məhsullarının idxalına müvəqqəti qadağa tətbiq edib. Trend-in məlumatına görə, qərar Rusiya Federasiyasının bir sıra vilayətlərində yüksək patogenli "quş qripi" virusunun aşkar edilməsi ilə bağlıdır.

Qeyd edək ki, qərar Rusiya Kənd Təsərrüfatı Nəzarət İdarəsinin rəsmi saytında yerləşdirilib.

Xatırladaq ki, Rusiyanın iri hind quşu fabrikində ilkin götürülən nümunələrdə "quş qripi" virusu aşkarlanıb. Rostovda 24 quş yetişdirmə müəssisəsində aparılan yoxlamalar zamanı 2 müəssisədə fakt üzə çıxıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti