İtaliya prezidenti Azərbaycana səfər edəcək

16-07-2018, 21:34
Oxunub: 95
Bu barədə İtaliya prezidentinin mətbuat xidməti bildirir


İtaliya prezidenti Sercio Mattarella iyulun 18-dən 19-dək Azərbaycanda rəsmi səfərdə olacaq.

Trend-in məlumatına görə, bu barədə İtaliya prezidentinin mətbuat xidməti bildirir.

Səfər zamanı İtaliya Prezidenti Sumaqyıt Kimya Sənaye Parkına getməyi və İtaliyanın Maire Tecnimont şirkətinin inşa etdiyi polipropilenistehsalı üzrə zavodun fəaliyyəti ilə tanış olmağı planlaşdırır.

Prezident İlham Əliyev ilə birgə Mattarella İtaliya-Azərbaycan biznes forumunda iştirak edəcək və Heydər Əliyev Mərkəzində "Əbədiyyət Xəzinəsi" sərgisini açacaq.

Sercio Mattarellanın səfər proqramına həmçinin İtaliyanın Azərbaycandakı səfirliyinin, "ICE"nin əməkdaşları və İtaliya icmasının nümayəndələri ilə görüşlər də daxildir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti