“Şərq Tərəfdaşlığı”na dəstəyi artırmağı planlaşdırırıq”

16-07-2018, 14:28
Oxunub: 28
"Altı üzv ölkə ilə irəliyə addımlamışıq"


“Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrlə aparılan işlərdə irəliləyişlər var və dəstəyi artırmağı planlaşdırırıq”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini deyib.

“Altı üzv ölkə ilə irəliyə addımlamışıq. Zənnimcə, irəliləyiş var. Onlarla gördüyümüz işlər təkcə onlar üçün deyil, bizim üçün də əhəmiyyətlidir”, - deyə o vurğulayıb.

F. Moqerini əlavə edib ki, oktyabrda nazirlər səviyyəsində görüş planlaşdırılır: “Görüşdə bizim üçün son dərəcə vacib olan, tərəfdaşlarımızın dəstəyi ilə bağlı müzakirələr aparacağıq”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti