Pompeo ilə Lavrov arasında görüş keçirilir

16-07-2018, 15:45
Oxunub: 64
Bu, M.Pompeonun dövlət katibi vəzifəsinə təyin olunmasından sonra S.Lavrovla ilk şəxsi görüşüdür


Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Maykl Pompeo bu dəqiqələrdə Finlandiya paytaxtında danışıqlar aparırlar.

Bu barədə Report TASS-a istinadən xəbər verir.

Xarici siyasət qurumlarının rəhbərlərinin görüşü ölkə prezidentləri Vladimir Putin və Donald Trampın sammiti ilə paralel olaraq keçirilir.

Qeyd edək ki, bu, M.Pompeonun dövlət katibi vəzifəsinə təyin olunmasından sonra S.Lavrovla ilk şəxsi görüşüdür. Buna qədər nazirlər bir neçə dəfə telefonla danışıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti