Münhen qətliamı - Qanlı olimpiada

16-07-2018, 14:00
Oxunub: 780
Hadisə nəticəsində 8 idmançı, 3 məşqçi, 5 terrorçu və 1 polis öldü


İsrail ilə ərəb qonşuları olan Misir, İordaniya və Suriya arasında baş vermiş 6 gün müharibədən 5 il ötmüşdü. 1967-ci ildə baş vermiş bu müharibədən sonra İsrail Misirdən Sina yarımadasını, Suriyadan Qolan təpələrini və Fələstinin Qəzza və Qərbi Şəriə ərazilərini alaraq, sərhədlərini dörd dəfə böyütmüşdü. Bu hadisədən sonra həm ərəblər, həm də İsrail silahlanmağa davam etmişdi. Ərazi hərəkətli idi. Yavaş-yavaş müqavimət təşkilatları qurulurdu.

1971-ci ildə də Əl-Fətih müqavimət təşkilatı içində "Qara Sentyabr" adlanan silahlı təşkilat qurulmuşdu. Qətliamı da həmin təşkilat həyata keçirəcəkdi.

Sentyabrın 4-dən 5-nə keçən gecə saat 4:30 radələri idi. "Qara Sentyabr" təşkilatının 8 üzvü, Münhendəki olimpiadada iştirak edən idmançıların qaldığı binaya hücum təşkil etdilər. Hücum edənlərin əsas məqsədi və tək hədəfi, israilli idmançıları girov götürmək idi. İlk atışmalarda idmançı Yossef Romano və İsrail güləş komandasının məşqçisi Moşe Veinberq iki hücumçunu yaraladı, amma bu müqavimət onların həyatlarını itirməsi ilə nəticələndi. Terrorçular onların ikisini də öldürdülər. İğtişaş zamanı idmançı Qad Tsobari və ağır atletika komandası məşqçisi Tuvia Sokolovski isə qaçmağı bacarmışdılar. Amma digərləri onlarla eyni taleyi bölüşməyəcəkdi. Terrorçular 7 idmançını və 2 məşqçini girov götürdülər.

Münhen qətliamı - Qanlı olimpiada

Onlar girovları buraxmağın əvəzində İsrail həbsxanalarında saxlanılan 200 məhbusun və Alman Qırmızı Ordu Fraksiyası adlı cinayət qruplaşmasına aid olan iki məhbusun da azad olunmasını istədilər. İsrail isə "bu qədər tez al-ver edə bilmərik" deyərək, Almaniya hökumətinə bildiriş göndərdi. İsrail hadisəni nəzarət altına almaq üçün öz anti-terror komandasını hadisə yerinə göndərmək istəyirdi, lakin Almaniya bunu da qəbul etmədi. Hücumçular bir müddət də gözlədikdən sonra öz tələblərindən əl çəkdiklərini, əsirləri də özləri ilə aparacaqlarını bildirdilər və helikopter tələb etdilər. Almaniya hökuməti beynəlxalq böhran olan bu hadisəyə müdaxilə edə bilmirdi. Qanunlara görə Almaniya ordusu belə bir hadisəyə müdaxilə edə bilməzdi. Polisin isə xüsusi peşəkar komandası yox idi. 

Terroristlərin helikopteri gəldi və onlar əsirlərlə bir yerdə aeroporta getdilər. Terrorçular aeroporta çatanda, ordakı komanda öz təşəbbüsünə əsasən əməliyyat başlatdı. Terrorçular tələyə düşmüşdülər. Onlara verilməli olan təyyarənin içi bomboş idi. Onlar şok vəziyyətində olanda, üstlərinə projektor işıqları tutuldu və snayper olaraq könüllü xidmət göstərən polislər terrorçulara atəş açdı. Birinci güllə yağışında iki terrorçu öldürüldü, biri ölümcül yaralandı. 


Münhen qətliamı - Qanlı olimpiada
Münhen qətliamının qurbanları

Digər hücumçular tələyə düşdüklərini başa düşərək helikopterin içini axtardılar. Daha sonra helikopterin içinə əl bombası atdılar. Yerdə qalanlar isə gizləndikləri yerdən çıxaraq polisə atəş açdılar. Altı terrorçu qalmışdı, biri ölümcül yaralı idi. Polislər 2 terrorçunu da öldürdülər. Biri qaçmaq istəyirdi, lakin yarım saat sonra polislər tərəfindən tutuldu. Hadisə nəticəsində 8 idmançı, 3 məşqçi, 5 terrorçu və 1 polis öldü. 3 terrorçu sağ tutuldu; onlardan 1-i yaralı idi. Olimpiada dayandırıldı və bir çox ölkə olimpiadadan çəkildi. 

Liviyada dövlət mərasimi ilə ölən 5 ərəbin yası keçirildi. Bu hadisə çox böyük diqqət çəkdi. 3 terrorist Almaniya məhkəməsində saxlanıldı, amma bu da uzun müddət davam etmədi. Hadisədən bir ay sonra Almaniya avia şirkəti “Luftyanza”-ya aid bir təyyarə qaçırdıldı və 3 terroristin azad olunması istənildi. Almaniya hökuməti təyyarə quldurlarının bu tələbini yerinə yetirdi.

Tərcümə: Aytac Abbasova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti