Brüsseldə "Şərq tərəfdaşlığı" proqramının həyata keçirilməsi müzakirə olunur

16-07-2018, 10:58
Oxunub: 186
Əsas mövzusu "Şərq tərəfdaşlığı" proqramıdır


Brüsseldə Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının iclası keçirilir.

Report xəbər verir ki, iclasın əsas mövzusu "Şərq tərəfdaşlığı" proqramıdır.

Görüşdə Aİ ölkələrinin xarici siyasət orqanlarının rəhbərləri iştirak edirlər. İclasda nazirlər proqramın icrası ilə əlaqədar müzakirələr aparacaqlar və bu ilin oktyabr ayında Aİ və proqramın tərəfdaş ölkələrinin rəhbərləri arasında keçiriləcək görüş üçün vahid mövqe hazırlayacaqlar.

Qeyd edək ki, Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusla yaxınlaşmasına istiqamətlənmiş "Şərq Tərəfdaşlığı" proqramına 2009-cu ildə Praqada keçirilmiş sammitdə start verilib. Proqramın təşəbbüskarı kimi Polşa və İsveç çıxış edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti