Azərbaycan Beynəlxalq Bankının kapital mövqeyi güclənib

16-07-2018, 10:18
Oxunub: 46
Facebook səhifəsindən əldə etmək olar


01 iyul 2018-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 7,62 milyard manat, kredit portfeli isə 1,68 milyard manat təşkil edib.

Hesabat dövründə bankda əhalinin əmanətlərinin həcmi 1,26 milyard manat, korporativ müştərilərin vəsaitləri isə 2,63 milyard manat olub.

Azərbaycan Beynəlxalq Bankının kapital mövqeyi 2018-ci ilin birinci yarısında daha da güclənib. Belə ki, dövr ərzində bankın məcmu kapitalı 238 milyon manat artaraq 762 milyon manata çatıb, adekvatlıq əmsalı isə 25,9%-ə yüksəlib. 01 iyul 2018-ci il tarixinə bankın nizamnamə kapitalının həcmi 1,22 milyard manat təşkil edib.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti