Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargahı Müdafiə Nazirliyinin tabeliyinə verilib

15-07-2018, 11:44
Oxunub: 55
Ali Hərbi Şuranın iclasını çağıra biləcək


Türkiyədə Silahlı Qüvvələrinin Baş Qərargahı Müdafiə Nazirliyinin birbaşa tabeliyinə verilib. 

APA-nın "Resmi Gazete"-yə  istinadən verdiyi məlumata görə, bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı fərmanda əksini tapıb. 

Türkiyə Ali Hərbi Şurasının strukturu da dəyişib. Türkiyə prezidentinin müavinləri, xəzinə və maliyyə naziri, təhsil naziri Ali Hərbi Şuranın üzvü olacaq. Ali Hərbi Şura isə Türkiyə prezidentinin müəyyənləşdirəcəyi prezident müavininin çağırışı ilə ildə ən azı bir dəfə toplanacaq. Prezident də lazım olan zaman Ali Hərbi Şuranın iclasını çağıra biləcək. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti