Ronaldu "Yuventus"dan əvvəl "Napoli"yə keçməyi planlaşdırıb

15-07-2018, 10:53
Oxunub: 47
"Yuventus" portuqaliyalı üçün ehtiyat variant olub


İtaliyanın "Yuventus" klubunun yeni transferi olan Kriştianu Ronaldu Turin komandasından əvvəl "Napoli"yə keçməyi planlaşdırıb.

Report xəbər verir ki, bunu jurnalist Karlo Alvinoya istinadən "Football Italia" yazıb.

Bildirilir ki, portuqaliyalı hücumçu əvvəlcə Neapol klubuna keçmək fikrində olub, lakin komanda rəhbərliyi yüksək maliyyə xərcləri səbəbindən bu transferi həyata keçirməkdən imtina edib.

"Napoli"nin baş məşqçisi Karlo Ançelottidir. Ronaldu 2013-2015-ci illərdə "Real"da onun rəhbərliyi altında çıxış edib.

"Yuventus" portuqaliyalı üçün ehtiyat variant olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti