“Ryanair” avia-şirkətinə məxsus təyyarə məcburi eniş edib

14-07-2018, 16:08
Oxunub: 58
Təyyarənin məcburi eniş etməsinə səbəb olaraq göyərtədə təzyiqin düşməsi göstərilib


“Ryanair” avia-şirkətinə məxsus təyyarənin Almaniyanın Frankfurt-Xan hava limanında məcburi eniş etməsi nəticəsində 33 sərnişin xəsarət alıb.

Report “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarənin məcburi eniş etməsinə səbəb olaraq göyərtədə təzyiqin düşməsi göstərilib.

Təyyarə İrlandiyanın paytaxtı Dublin şəhərindən Xorvatiyanın Zadar şəhərinə uçurmuş. Təyyarənin göyərtəsində 189 sərnişin olub. Xəsarət alan sərnişinlər xəstəxanaya yerləşdirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti