Ölkədə pərakəndə ticarət dövriyyəsi 3%-dək artıb

14-07-2018, 15:54
Oxunub: 40
Bir istehlakçı orta hesabla ayda 291,7 manatlıq əmtəə alıb


Bu ilin birinci yarısında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,5% artaraq 17,1 mlrd. manat olub.

Dövlət Statistika Komitəsindən APA-Economics-ə verilən məlumata görə, bu ilin birinci yarısında pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 291,7 manatlıq və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,9 manat çox əmtəə alıb.

Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin eyni dövrünün səviyyəsini real ifadədə 1,9% üstələyərək 8499,0 mln. manata çatıb. Ticarət dövriyyəsi 8646,9 mln. manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3,1% çox olub.

Bu ilin birinci yarısında bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 144,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Bu ilin birinci yarısında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının, 4,4%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti