Sabah Milli Məclisin deputatları tətilə çıxacaqlar

14-07-2018, 11:03
Oxunub: 186
Milli Məclisin payız sessiyası oktyabrın 1-də başlayacaq


Sabah - iyulun 15-də Azərbaycan Milli Məclisinin (MM) deputatları tətilə çıxacaqlar.

Report-un xəbərinə görə, parlamentin üzvləri avqustun 30-dək istirahətdə olacaqlar.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir. Belə ki, Milli Məclisin sədri 4 950, sədrin I müavini 4 454, MM sədrinin müavini 4 206, komitə və komissiya sədrləri 3 960 manat, komitə sədrlərinin müavinləri 3 712, sıravi deputatlar isə 3 464 manat müavinət alacaqlar.

Milli Məclisin payız sessiyası oktyabrın 1-də başlayacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti