“Putinlə görüşdən çox şey gözləmirik”

12-07-2018, 15:16
Oxunub: 25
"Biz Suriya məsələsini aydınlaşdırmaq istəyirik"


ABŞ prezidenti Donald Tramp iyulun 16-da Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə keçirəcəyi görüşdə hansı məsələlərin müzakirə olunacağını açıqlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D. Tramp V. Putinlə Suriya və Ukraynadakı vəziyyəti, eləcə də Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini müzakirə edəcəyini deyib.  

“Biz bu görüşə çox şey gözləmədən gedirik. Biz Suriya məsələsini aydınlaşdırmaq istəyirik. Eləcə də, biz sizin sevimli sualınız olan seçkiyə müdaxilə barədə soruşacağıq, mən bir daha bu sualı verəcəyəm. Biz digər məsələləri, o cümlədən Ukraynanı da müzakirə edəcəyik”, - deyə o, amerikalı jurnalistlərə bildirib.  

D. Trampın sözlərinə görə, V. Putin Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini inkar edə bilər, lakin o, istənilən halda bu məsələni qaldıracağını və bir daha bu halın təkrar olunmamasını istəyəcəyini söyləyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti