"Xəzəri çirkləndirənlərə ən sərt sanksiyalar tətbiq olunacaq"

12-07-2018, 15:38
Oxunub: 46
"Keçirilən reydlərin nəticələri barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq"


 "Cəmiyyəti narahat edən Xəzər dənizinin ekoloji vəziyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçün həlli vacib olan məsələdir. Ona görə də Nazirlik təşkilatlara, sahibkarlara, hüquqi və fiziki şəxslərə xəbərdarlıq edir ki, ən qısa müddət ərzində öz fəaliyyətlərini ətraf mühitin mühafizəsi sahəsində tətbiq olunan qanunvericiliyə uyğun şəkildə təşkil etsinlər". 

Bunu Report-a açıqlamasında Nazirliyin ­Ekol­oji maarifləndirmə və­ ictimaiyyətlə əlaqəl­ər şöbəsinin icti­mai­ təşkilatlarla iş, ek­oloji maarifləndirmə ­və elm sektorunun müd­iri Umayra Tağıyeva deyib. 

O bildirib ki, əks halda, "İstehsalat və məişət tullantıları" haqqında qanunun tələblərini pozan, çirkab suları və məişət tullantılarını təmizlənmədən birbaşa Xəzər dənizinə axıdan hər bir cavabdeh şəxs məsuliyyətə cəlb olunacaq, qanunamüvafiq qaydada onlara qarşı ən sərt sanksiyalar tətbiq olunacaq". 

U.Tağıyeva əlavə edib ki, Xəzər dənizinin sahil zolağından çirkab suların axıdılaraq su obyektlərinin mühafizəsi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə artıq ETSN və Daxili İşlər Nazirliyi tərəfindən təsdiq olunmuş 2018-2020-ci illəri əhatə edən birgə tədbirlər planına əsasən, reydlərə başlanılıb: "Xaçmaz rayonunun sahilyanı ərazilərindən başlanılan reydlər Xəzər sahili boyu yerləşən digər ərazillərdə də davam edəcək. Keçirilən reydlərin nəticələri barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq. Xəzərin çirkləndirilməsinin qarşısının alınması istiqamətində Nazirlik mövcud qanunlar çərçivəsində ən sərt və barışmaz mövqe nümayiş etdirəcək". 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti