Qeyri-neft sektorunda məhsul istehsalı 8,8% artıb

12-07-2018, 15:26
Oxunub: 65
Mədənçıxarma sektorunda neft hasilatı 0,9% artıb, əmtəəlik qaz hasilatı isə 4,9% azalıb


Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-iyun aylarında 23,8 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1% çox sənaye məhsulu istehsal edilib.

Etatist.com-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,8% artıb, neft sektorunda isə 0,2% azalıb.

Sənaye məhsulunun 72 %-i mədənçıxarma sektorunda, 23,4%-i emal sektorunda, 4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 0,9% artıb, əmtəəlik qaz hasilatı isə 4,9% azalıb.

Emal sektorunda avtomobil istehsalı 16,6 dəfə, tütün məmulatlarının istehsalı 3,4 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,7 dəfə, mebel istehsalı 2 dəfə, elektrik avadanlıqlarının istehsalı 84,1%, həm hazır metal məmulatlarının, həm də toxuculuq sənayesi məhsullarının istehsalı 64,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 56,9%, tikinti materiallarının istehsalı 34%, metallurgiya sənayesi məhsullarının istehsalı 15%, geyim istehsalı 10,3%, içkilərin istehsalı 5,6%, kimya sənayesi məhsullarının istehsalı 0,4%, əczaçılıq məhsullarının istehsalı 0,3% artıb, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,3%, qida məhsullarının istehsalı 3,1%, maşın və avadanlıqların istehsalı 6,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 8,4%, kompüter, elektron və optik məhsulların istehsalı 10,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,3%, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,7% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,5% artıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti