Tramp tərəfdaşlarını NATO-dan çıxmaqla hədələyib

12-07-2018, 14:51
Oxunub: 18
"Amerikalılar öz maraqlarına uyğun olaraq iş aparacaqlar"


ABŞ Prezidenti Donald Tramp tərəfdaşlarını NATO-dan çıxmaqla hədələyib.

Report-un məlumatına görə, bunu Almaniyanın "dpa" agentliyinə sammitdə iştirak edən və adının açıqlanmasını istəməyən mənbələr bildirib.

"Əgər Alyansa üzv dövlətlər müdafiə xərclərini dərhal Ümumi Daxili Məhsulun 2 faizinə qədər qaldırmasalar, amerikalılar öz maraqlarına uyğun olaraq iş aparacaqlar", - D.Tramp Brüsseldə NATO sammitində vurğulayıb. 

Qeyd edək ki, Almaniya müdafiə xərclərini Vaşinqtonun tələb etdiyi həcmdə artırılmasına vəd verməkdən imtina edib. Rəsmi Berlin müdafiə xərclərini 2024-ci ilə qədər ÜDM-in 1,5%-nə qədər artırmağı planlaşdırır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti