Bakıda dəhşətli qəza: ölən və yaralananlar var - FOTOLAR

12-07-2018, 12:45
Oxunub: 28
Bakı Nəqliyyat Agentliyi rəsmi məlumat yayıb


Bakıda yük maşını 149 saylı sərnişin avtobusu ilə toqquşub.

Bakı Nəqliyyat Agentliyi paytaxtda baş verən avtobus qəzası ilə rəsmi məlumat yayıb.

Report-a daxil olan məlumatda bildirilib ki, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində 90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb: "İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb." 

Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov “Report”a açıqlamasında bildirib ki, yol qəzasında xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib: “Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 2 nəfər Ələtdəki xəstəxanaya yerləşdirilib, 3 nəfərə yerindəcə ilkin yardım göstərilib. Bir qadın isə qəzadan dərhal sonra dünyasını dəyişib”.

Bakıda dəhşətli qəza: ölən və yaralananlar var - FOTOLAR

 

Bakıda dəhşətli qəza: ölən və yaralananlar var - FOTOLAR

 

Bakıda dəhşətli qəza: ölən və yaralananlar var - FOTOLAR

 

Bakıda dəhşətli qəza: ölən və yaralananlar var - FOTOLAR

 

Bakıda dəhşətli qəza: ölən və yaralananlar var - FOTOLAR

 

Bakıda dəhşətli qəza: ölən və yaralananlar var - FOTOLAR

 

Bakıda dəhşətli qəza: ölən və yaralananlar var - FOTOLAR

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti