“Gürcüstan NATO-ya üzvü olacaq”

12-07-2018, 11:32
Oxunub: 104
"Birgə çalışmağa davam edəcəyik”


“Gürcüstan NATO-nun üzvü olacaq”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə Brüsseldə keçirdiyi görüşdən sonra deyib.

Baş katib bildirib ki, NATOGürcüstanın avroatlantik məkana inteqrasiyasını tam dəstəkləyir: “NATO-nun Gürcüstanla tərəfdaşlığı unikaldır. Gürcüstan alyansın ən əsas tərəfdaşı və etibarlı dostudur”.
 
Y. Stoltenberq qeyd edib ki, Gürcüstanın NATO-ya üzvlüyünü alyansın üzvləri də dəstəkləyir: “Dünən alyansın üzvləri buna dəstək verdiklərini təsdiqlədilər. Biz Gürcüstanın NATO-ya üzvlüyə hazırlığı istiqamətində birgə çalışmağa davam edəcəyik”.

G. Marqvelaşvili isə Gürcüstanın NATO-ya üzvlüyü üçün bütün praktik alətlərin olduğunu deyib: “Gürcüstan NATO ilə əməkdaşlığın növbəti mərhələsinə keçməyə hazırdır”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti