Mey və Tramp Rusiya məsələsini müzakirə edəcəklər

12-07-2018, 10:55
Oxunub: 16
Mey rəsmi Londonun Vaşinqtonun yaxın tərəfdaşı olduğunu bildirmək niyyətindədir


Böyük Britaniyanın baş naziri Tereza Mey və ABŞ prezidenti Donald Tramp iyulun 13-də keçirəcəkləri danışıqlarda xarici siyasət, o cümlədən Rusiya məsələsini müzakirə edəcəklər.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Britaniyanın baş nazirinin dəftərxanası məlumat yayıb.

Bildirilir ki, Tramp iyulun 12-də Britaniyaya gedəcək. Mey onu Blenheym sarayında qəbul edəcək.

"Cümə günü o, Rusiya da daxil olmaqla, xarici siyasət, ticarət əlaqələrini, "Brexit"i və Yaxın Şərq məsələlərini müzakirə etmək üçün Çekersə gedəcək", - deyə məlumatda qeyd olunur.

Britaniya hökumətindən bildirilib ki, Mey rəsmi Londonun Vaşinqtonun yaxın tərəfdaşı olduğunu bildirmək niyyətindədir. Mey həmçinin danışıqlarda Transatlantik müttəfiqliyinə etibarlılığı vurğulamaq və təhlükəsizlik, xarici siyasət, ticarət məsələlərində ABŞ-la əməkdaşlığı genişləndirməyi razılaşdırmaq niyyətindədir.

Daha əvvəl Britaniyanın baş naziri bildirib ki, Trampla danışıqları səbirsizliklə gözləyir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti