“Total” şirkəti İranda fəaliyyətini dayandırıb

12-07-2018, 10:50
Oxunub: 35
“Biz ABŞ-ın qanunlarına əməl edirik və buna görə də gəlirli İran bazarından çıxırıq”


Fransanın “Total” neft şirkəti İranda fəaliyyətini dayandırdığını elan edib.

Report İran KİV-inə istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Patrik Puyanne bildirib.

O, bu addımı ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqələndirib: “Biz ABŞ-ın qanunlarına əməl edirik və buna görə də gəlirli İran bazarından çıxırıq”.

Baş direktorun sözlərinə görə ABŞ-ın maliyyə sisteminə daxil olmadan dünyanın 130 ölkəsi ilə əməkdaşlıq etmək mümkün deyil.

P.Puyanne deyib ki, “Cənubi Pars” qaz yatağının 11-ci fazasından çıxmaqla 40 milyon dollar ziyan edəcəklər: “Günlərin bir günü “Total” yenidən İrana qayıdacaq. İldə 15 milyard sərmayə yatıran şirkətimiz üçün 40 milyon dollar heç nədir”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti