NATO sammitində bəzi ölkələrə dəstəklə bağlı bəyannamə qəbul edilib

12-07-2018, 10:47
Oxunub: 35
"Biz uzunmüddətli qeyri-sabitlik dövrü ilə rastlaşırıq"


"NATO hər hansı ölkə üçün təhlükə yaratmır. Bütün tədbirlər Alyansın hüquqi və siyasi öhdəlikləri çərçivəsindədir, həmçinin qoruyucu, proporsional və şəffafdır".

"Report xəbər verir ki, bu fikir NATO sammitində qəbul edilən Transatlantik Təhlükəsizlik və Həmrəylik üzrə Brüssel Bəyannaməsində bildirilir.

"Biz uzunmüddətli qeyri-sabitlik dövrü ilə rastlaşırıq. Rusiya Ukraynanı, həmçinin Krımın qanunsuz ilhaqı yolu ilə destabilizasiya edir, beynəlxalq hüququ pozur", - sənəddə deyilir.

Eyni zamanda sammit iştirakçıları bildiriblər ki, Rusiya ilə əvvəlki kimi konstruktiv dialoqa hazırdırlar.

Bəyannamədə NATO-nun Şərq Tərəfdaşları - Gürcüstan, Moldova, Ukrayna, həmçinin Bosniya və Herseqovinaya dəstək əksini tapır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti