Azərbaycan Çinin Qansu əyalətindən kartof və zeytun yağı idxal edəcək

12-07-2018, 10:14
Oxunub: 63
Daha səmərəli əməkdaşlıq yaratmaq niyyətindədir


Azərbaycan Çinin Qansu əyalətindən kartof və zeytun yağı idxal edəcək.

Report Çinin “Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qansu əyalətinin inzibatı mərkəzi Lançjou şəhərində keçirilən Beynəlxalq Qida Əməkdaşlığı Forumunda razılıq əldə olunub.

Azərbaycan ˮƏrzaq məhsullarının tədarükü və təchizatıˮ ASC-nin İdarə Heyəti sədrinin müavini Elşən Əsədov bildirib ki, "Bir Kəmər, bir yol" təşəbbüsündə kənd təsərrüfatının inkişafı ümumi marağa daxildir.

O qeyd edib ki, Azərbaycan Çinə orqanik qidanın ixracı və Çinin kənd təsərrüfatı texnologiyası, investisiya və təcrübəsinin tətbiqi ilə  daha səmərəli əməkdaşlıq yaratmaq niyyətindədir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti