Bakıda “Türk dünyasının ortaq dili naxışlar” simpoziumu keçiriləcək

12-07-2018, 10:11
Oxunub: 15
“Woven Communities” layihəsinin rəhbəridir


Bakıda “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçiriləcək.

Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətindən Report-a verilən məlumata görə, oktyabrın 25-də başlayıb 27-dək davam edəcək tədbirə Amerika, Avropa və Asiya ölkələrindən çoxsaylı iştirakçılar qatılacaqlar. 

Belə ki, keçəçilik sənəti üzrə dünyada tanınmış mütəxəssis, Şotlandiyanın San Andryus (St Andrews) Universitetinin nüfuzlu professoru Stefani Bunn Azərbaycana gələcək. O, simpoziumda "Keçə mədəniyyətinin Avrasiyadakı kəsişmə nöqtələri” mövzusunda məruzə ilə çıxış edəcək.

Stefani Bunn San Andyus (St Andrews) Universitetində Orta Asiyanın keçə sənətini və Şotlandiyanın toxuculuq sənətini araşdıraraq, sosial antropologiya mövzusunda mühazirələr oxuyur. O, Qırğız Respublikasının keçəçilik sənətinə həsr edilən əsərləri toplayaraq Britaniya Muzeyində ilk sərgisini təşkil edib. Stefani Bunn həmçinin, “Nomadic Felt” jurnalının müəllifi və “Anthropology and Beauty” nəşrinin redaktorudur. Hazırda o, “Woven Communities” layihəsinin rəhbəridir.

Qeyd edək ki, beynəlxalq simpoziumun məqsədi türk dünyasının ümumi irsi sayılan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrinin qorunması, öyrənilməsi, ona marağın dirçəldilməsi, eləcə də, müxtəlif sahələrdə tətbiq edilməsidir. Simpozium çərçivəsində “Keçəçilik ənənə kimi”, “Keçə müasir incəsənətdə”, “Keçə moda dünyasında bir trend kimi” mövzularında müzakirələr aparılacaq. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn şou (fashion show) təşkil olunacaq. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti