Türkiyə Hərbi Hava Qüvvələri 17 terrorçunu zərərsizləşdirib

12-07-2018, 10:02
Oxunub: 15
Sakinlərə qarşı silahlı hücumlar təşkil edirlər


Türkiyə Hərbi Hava Qüvvələri Osmaniyyə, Şırnak və Diyarbəkirdə PKK terrorçularının mövqelərinə zərbələr endirib.

Report "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, hava zərbələri zamanı 17 terrorçu zərərsizləşdirilib. 

Qeyd edək ki, PKK 1984-cü ildə yaranıb. Təşkilatın terrorçuları Türkiyədə sabitliyi pozmaq və ölkəni parçalamaq məqsədilə qanlı terror aktları törədir, sakinlərə qarşı silahlı hücumlar təşkil edirlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti