AMEA Rəyasət Heyətinin iclası keçirilib

11-07-2018, 17:10
Oxunub: 55
İclasda AMEA-nın elmi bölmələrinin bürolarının yeni tərkibləri məsələsinə baxılıb


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı qərar qəbul edilib, Rəyasət Heyəti AMEA-da Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planını təsdiq edib.

Rəyasət Heyətinin digər qərarı ilə akademik Vaqif Fərzəliyev Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən təyin olunub.

İclasda AMEA-nın elmi bölmələrinin bürolarının yeni tərkibləri məsələsinə baxılıb. Bildirilib ki, hər bir bölmənin büro iclasında akademik-katiblərin müavinləri və büro üzvlüyünə seçkilər keçirilib, nəticələr Rəyasət Heyətini təqdim edilib. Müzakirələrdən sonra Rəyasət Heyəti Kimya Elmləri, Yer  Elmləri, Biologiya və Tibb Elmləri, Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin bürolarının yeni tərkiblərini təsdiq edib.

Sonda kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyev AMEA professorlarının koordinasiya şurasının sədri təyin olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti