Xəzər dənizində 3 nəfər batıb

11-07-2018, 22:08
Oxunub: 268
1 nəfər xilas edilib, 3 nəfərin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib


Xəzər dənizində 3 nəfər batıb.

Etatist.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1200 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfər xilas edilib, 3 nəfərin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti