Xəzər dənizi vasitəsilə qanunsuz yük gətirilməsi cəhdinin qarşısı alınıb

11-07-2018, 14:35
Oxunub: 77
Faktla bağlı araşdırma aparılır


Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsindən daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları Xəzər dənizi vasitəsilə ölkə ərazisinə qanunsuz yolla yük gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Etatist.com-a verilən məlumata görə, gömrük əməkdaşları İrandan Azərbaycana gələn "NILOUFAR ABI" adlı yük gəmisinə baxış keçiriblər. Baxış zamanı, gəmidə Azərbaycanın gömrük ərazisinə idxal olunan və gömrük orqanına bəyan edilməyən 98120 kq ağ sement və 24500 kq polietilen yükləri aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti