İstanbulda beynəlxalq konfrans keçiriləcək

11-07-2018, 11:55
Oxunub: 94
O, “Türk dünyası və 15 iyul” mövzusunda çıxış edəcək


İstanbulda Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasının ikinci ildönümünə həsr olunan beynəlxalq konfrans keçiriləcək.

Report-un xəbərinə görə, iyulun 16-da İstanbul Universitetində baş tutacaq tədbirin təşkilatçısı Türkiyə Hüquq Platformasıdır.   

Konfransa dövlət rəsmiləri, siyasətçilər, elm adamları, jurnalistlər, Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri qatılacaqlar. Tədbirə müxtəlif ölkələrdən nümayəndələr dəvət olunublar. Həmin tədbirdə Azərbaycanı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təmsil edəcək.

Toplantıda dövlət çevrilişi cəhdləri, bunun arxasında dayanan xarici qüvvələr və onların maraqları, İslam dünyasında demokratiya ümidləri və gələcəkdə dövlət çevrilişləri cəhdlərinin olmaması üçün görülməsi zəruri olan işlər müzakirə ediləcək.  

Konfransın açılışını Türkiyənin ədliyyə naziri Əbülhəmid Gül edəcək. O, “Türk dünyası və 15 iyul” mövzusunda çıxış edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti