"Türkiyə və Azərbaycan prezidentlərinin səfərləri çox mühüm ənənə halını alıb"

11-07-2018, 10:22
Oxunub: 69
Azərbaycana dəstək verməyə hazırdır


"Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən Azərbaycana etdiyi səfər təsadüfi deyil. Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk rəsmi səfərini hər zaman olduğu kimi, Azərbaycana etdi. Bu, ənənələrə uyğun səfərdir".

APA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) "Milli Meşə Proqramının yenilənməsi və Azərbaycanda meşə institutlarının yenidən qurulması" mövzusunda keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev də növbəti dəfə prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edib: "Prezidentlərin səfərləri Türkiyə və Azərbaycan arasında çox mühüm ənənə halını alıb".

Birlikdə olacaqları təqdirdə Türkiyə və Azərbaycanın daha da güclü olacağını vurğulayan E. Özoral qeyd edib ki, ölkəsi meşəçilik sahəsində də Azərbaycana dəstək verməyə hazırdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti