NATO Aİ və Kanadanı hərbi xərcləri artırmağa çağırıb

10-07-2018, 16:25
Oxunub: 55
"Aİ ölkələri və Kanada 2024-cü ilə qədər hərbi sahəyə xərclərini 266 mlrd. dollara qədər artırmalıdır"


NATO-nun baş katibi Yens Stoltenberq Avropa Birliyi (Aİ) ölkələrini və Kanadanı hərbi xərcləri artırmağa çağırıb.

Report-un məlumatına görə, Y.Stoltenberq bu barədə Brüsseldə NATO sammitinin başlanmasına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Aİ ölkələri və Kanada 2024-cü ilə qədər hərbi sahəyə xərclərini 266 mlrd. dollara qədər artırmalıdır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp hərbi xərclərin artırılmasını təkid edirdi. O, Aİ ölkələrinin liderlərinə göndərilən məktublarda 2014-cü ildə Uelsdə NATO sammitində əldə edilmiş razılığı xatırladıb. Razılaşmaya görə, Alyans ölkələrinin liderləri 10 il ərzində müdafiə xərclərini ÜDM-in 2% qədər artırmalıdır, amma hələlik bu razılaşmaya əməl olunmur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti