Putinlə Netanyahu arasında görüş keçiriləcək

10-07-2018, 15:00
Oxunub: 96
Görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq


Rusiya prezidenti Vladimir Putin iyulun 11-də İsrail baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlər, Fələstin-İsrail münaqişəsinin nizamlanması və Suriyadakı vəziyyət müzakirə olunacaq. 

Qeyd olunub ki, İsrail baş naziri Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının Xorvatiya və İngiltərə komandaları arasındakı yarımfinal oyununu izləyəcək. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti