Çində xəbərdarlığın "qırmızı səviyyəsi" elan olunub

10-07-2018, 12:01
Oxunub: 231
Məlumatı ölkənin Meteorologiya İdarəsi yayıb


Çinin Futszyan əyalətində "Mariya" qasırğasının yaxınlaşması ilə əlaqədar xəbərdarlığın ən yüksək "qırmızı səviyyəsi" elan edilib.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu məlumatı ölkənin Meteorologiya İdarəsi yayıb.

Qasırğanın episentrində küləyin maksimal gücü 16 bala (saniyədə 52 metr) çatır.

"Mariya"nın iyulun 11-də səhərə yaxın Tayvandan şimala doğru keçəcəyi və səhər saatlarında Futszyan əyalətinə çatacağı gözlənilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti