"Bir kəmər və bir yol" layihəsində maraqlıyıq və əməkdaşlığa hazırıq"

9-07-2018, 12:02
Oxunub: 277
Azərbaycanın iqtisadiyyat nazirini ölkəsinə səfərə dəvət edib


"Azərbaycan strateji əhəmiyyətə malik mövqeyə malikdir". 

Report xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda İsveçrənin İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentinin rəhbəri, nazir Yohan Şnayder Amman deyib.

Onun sözlərinə görə, Azərbaycan İsveçrənin iqtisadi dairələri üçün maraqlı bazardır: "İki ölkə arasında müxtəlif dairələrdə əməkdaşlıq inkişaf edir. İqtisadi münasibətlərimiz daha dərin olmalıdır. İsveçrə "Bir kəmər və bir yol" layihəsində maraqlıdır və əməkdaşlığa hazırdır". 

Y.Ş.Amman sonda Azərbaycanın iqtisadiyyat nazirini ölkəsinə səfərə dəvət edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti