Ukrayna birjasında daha 5 min ton Azərbaycan nefti satılıb

7-07-2018, 10:29
Oxunub: 127
5 min ton Azərbaycan nefti almışdı


“Ukrtransnafta” şirkətinin Ukrayna Energetika Birjasında keçirdiyi növbəti hərracda daha 5 min ton həcmində “AzeriLight” markalı neft satılıb.

Report “Enkorr” saytına istinadən xəbər verir ki, Azərbaycan neftini “Privat” qrupuna daxil olan “İnsignia Resort” şirkəti alıb.

Əməliyyat əvvəlki kimi differensial rejimdə baş tutub. Neftin tədarükü iyulun 20-dən avqustun 2-dək həyata keçiriləcək.

Bu satış “Ukrtansnafta”nın bu həftə ərzində ikinci ticarət əməliyyatıdır. Belə ki, iyulun 3-də “Ukrqazdobıça” Şebelinsk neft emalı zavodu üçün 5 min ton Azərbaycan nefti almışdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti