Pakistanın sabiq baş naziri 10 illik azadlıqdan məhrum edilib

6-07-2018, 17:00
Oxunub: 192
O, vəzifədə olduğu müddətdə korrupsiya cinayəti törətməkdə günahkar bilinib


Pakistanın keçmiş baş naziri Nəvaz Şərif 10 il müddətinə azadlıqdan məhrum edilib.

Report TASS-a istinadən xəbər verir ki, o, vəzifədə olduğu müddətdə korrupsiya cinayəti törətməkdə günahkar bilinib. 

Qeyd edək ki, ötən il oktyabrın 19-da Pakistan məhkəməsi keçmiş baş nazir N.Şərifə, onun qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Safdara qarşı korrupsiya ittihamı irəli sürüb.

Xatırladaq ki, Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013-2017-ci illərdə) Pakistanın baş naziri olub. 2017-ci il iyulun 28-də Pakistanın Ali Məhkəməsi onun barəsində baş nazir vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra N.Şərif istefa verib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti