Obama: "Müsəlmanlar ABŞ-ın təməl parçasıdır"

24-05-2013, 15:32
Oxunub: 743


"Müsəlmanlar ABŞ-ın təməl parçasıdır. Bunu qəbul etməliyik. Terroristlərə qarşı hədəfyönlü addımlar, effektiv əməkdaşlıq, geniş diplomatik əlaqələri əhatə edən strateji yol ilə ABŞ torpaqlarına qarşı böyük hücumların təşkil edilməsi ehtimalını azalda bilər və amerikalılara qarşı olan təhdidləri azalda bilərik”.

ANS press-in məlumatına görə, bu sözləri ABŞ prezidenti Barak Obama Beynəlxalq Müdafiə Universitetində etdiyi çıxışı zamanı bildirib.

ABŞ prezidentinin sözlərinə görə, bütün bunlar ancaq müsəlmanların amerikan ailəsinin təməl bir parçası olduğunu qəbul edildiyi təqdirdə mümkün ola bilər: "İndi terror 11 sentyabr hücumlarından fərqlidir. İndi ölkə daxilində bəzilərinin radikallaşması terror riskini daha da artırır".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti