Pompeo və Lavrov prezidentlərin zirvə toplantısınadək görüşməyəcəklər

4-07-2018, 15:49
Oxunub: 147
"Ən azından belə bir görüş hazırda planlaşdırılmır"


"ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki ölkə prezidentlərinin zirvə toplantısınadək görüşməmək niyyətindədirlər".

Report RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Xizer Nauret ənənəvi brifinqdə bildirib.

“Ən azından belə bir görüş hazırda planlaşdırılmır”, - o vurğulayıb.

Bir müddət əvvəl M.Pompeo və S.Lavorvun Suriya və Koreya yarımadasındakı vəziyyəti müzakirə etdikləri barədə məlumat yayılmışdı.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampla Rusiya dövlət başçısı Vladimir Putin iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə görüşəcəklər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti