Almaniya "Şərq Tərəfdaşlığı"na maliyyə dəstəyini artıracaq

4-07-2018, 15:38
Oxunub: 157
Almaniya hökuməti maliyyə dəstəyini 14 milyon avrodan 17 milyon avroyadək artıracaq


Almaniya hökuməti Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına maliyyə dəstəyini artırmaq qərarına gəlib.

APA-nın “Georgia Today” nəşrinə istinadən verdiyi xəbərə görə, bunu Almaniya Xarici İşlər Nazirliyinin Rusiya, Orta Asiya və Şərq Tərəfdaşlığı ölkələri ilə Sosial İşbirliyi üzrə koordinatoru Dirk Viese deyib.

D. Viese bildirib ki, Almaniya hökuməti maliyyə dəstəyini 14 milyon avrodan 17 milyon avroyadək artıracaq.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı Avropa İttifaqının qonşu ölkələrini - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhatə edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti