Yaponiyanın baş naziri İrana səfərini ləğv edib

4-07-2018, 11:39
Oxunub: 311
“Japantimes” məlumat yayıb


Yaponiyanın Baş naziri Sindzo Abe İrana səfərini ləğv edib.

Report xəbər verir ki, bu barədə “Japantimes” məlumat yayıb.

Bildirilib ki, səfərin təxirə salınması ABŞ Prezidenti Donald Trampın İran siyasəti ilə bağlıdır. 

Qeyd edək ki, Yaponiyanın Baş naziri Sindzo Abenin iyulun ortalarında İrana səfər edəcəyi barədə məlumat yayılmışdı. 

Xatırladaq ki, 1978-ci ildən sonra Yaponiyanın baş naziri İrana səfər etməyib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti