ABŞ İrana qarşı yeni sanksiya tətbiq edib

24-05-2013, 12:37
Oxunub: 802


ABŞ İrana qarşı yeni sanksiya tətbiq edib.
 
Etatist.com-un apa-ya istinadən verdiyi xəbərə görə, ABŞ Maliyyə Nazirliyi İranın nüvə proqramına yardım göstərdiklərinə, bu ölkənin hərbi proqramlarını materiallarla təchiz etdiklərinə və İran neftinin ixracına tətbiq edilmiş embarqoya əmək etmədiklərinə görə 20 şirkəti "qara siyahı”ya salıb.
 
Sanksiyalara əsasən, ABŞ podratçı şirkətlərinə onlarla iş görmək qadağan edilib. Sanksiyaya məruz qalmış şirkətlər arasında Malayziyanın "Petro Green”, İranın üç nəqliyyat şirkəti və ABŞ-ın iki şirkəti də var. "Petro Green” şirkəti İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əməkdaşlıqda günahlandırılıb. ABŞ şirkətləri isə İranın nüvə proqramına yardım göstərməkdə ittiham olunur.
 
Qeyd edək ki, ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsi İrana qarşı yeni sanksiyalar paketi qəbul edib. "İranın nüvə gücü əldə etməsinin qarşısının alınması aktı” adlanan sənəd ABŞ-ın İrana qarşı indiyədək tətbiq etdiyi sanksiyalardakı boşluqları doldurmağı və nüvə proqramından imtina etməsi üçün bu ölkəyə təzyiqləri artırmağı qarşısına məqsəd qoyur. Yeni sanksiya paketi İranın neft ixracatının daha çox məhdudlaşdırılmasını, İranın xaricdəki bank hesablarına girişin qadağan edilməsi, "qara siyahı”ya salınmış İran şirkətlərinin sayının artırılmasını, sənaye, mədən, avtomobil və digər sahələri əhatə etməkdədir. Sənəd qüvvəyə minməsi üçün ABŞ Nümayəndələr Palatası tərəfindən də qəbul edilməli və daha sonra prezident tərəfindən təsdiqlənməlidir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti