Bakı-Ələt-Qazax avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

3-07-2018, 14:34
Oxunub: 234
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur


Bakı-Ələt-Qazax avtomobil yolunun 57 kilometrliyində yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Report-a verilən məluamta görə, bu səbəbdən yolda hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti