Azərbaycanda yenidən anomal istilər olacaq

3-07-2018, 10:32
Oxunub: 353
"İnsanların ev şəraitində olmaları məsləhətdir"


"İyul ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində Azərbaycanda yenidən anomal istilərin olacağı gözlənilir".

Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ­Ekol­oji ma­arifləndirmə və­ icti­maiyyətlə əlaqəl­ər ş­öbəsinin icti­mai­ təşkilatlarla iş, ek­ol­oji maarifləndirmə ­v­ə elm sektorunun müd­­iri Umayra Tağıyeva bildirib.

O deyib ki, anomal istilərin müşahidə olunduğu günlər havada rütubətliliyin nisbətən yüksək olması istilik effektini kəskinləşdirən amildir: "İyul ayının növbəti günlərində də anomal istilərin olması ilə bağlı xəbərdarlıq insanların sağlamlıqlarını qoruması və diqqətli olmaları məqsədi daşıyır. Vətəndaşlarımız xüsusilə saat 10:00-dan 17:00-dək vacib olmadığı hallarda açıq havada qalmasınlar. Ən əsas isə uşaqları və yaşlı insanları anomal istilərdən qorumaq lazımdır, çünki onlar daha həssasdırlar, anomal istilər olan günlərdə o insanların ev şəraitində olmaları məsləhətdir".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti