Bakıda 100-ə yaxın Eldar şamı kəsilib

2-07-2018, 15:32
Oxunub: 240
Əraziyə keçirilən baxış zamanı 100-ə yaxın Eldar şamı ağacının kəsildiyi aşkar edilib


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Xəzər rayonu, Ramana 2 qəsəbəsində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sözügedən əraziyə keçirilən baxış zamanı ərazidəki yaşıllıq zolağının hasara alındığı və 100-ə yaxın Eldar şamı ağacının kəsildiyi aşkar edilib.

Qanun pozucuları barədə qanuna müvafiq tədbirlərin görülməsi, ərazidə olan yaşıllıqların qorunması və hasarın sökülməsi üçün Sabunçu və Xəzər Rayon İcra Hakimiyyətlərinə və Bakı Şəhər Baş Polis İdarəsinə telefonoqramlar göndərilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti