Ərdoğanın Azərbaycana səfəri gözlənilir

30-06-2018, 14:55
Oxunub: 111
"Bundan əvvəl Türkiyə prezidenti deyib ki, prezident seçiləcəyi təqdirdə ilk xarici səfərini Azərbaycana edəcək"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Azərbaycana səfər edə bilər.

Report-un "Timetürk"ə istinadən verdiyi məlumatına, o, həmin tarixdə Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəyini söyləyib.

"Bundan əvvəl Türkiyə prezidenti deyib ki, prezident seçiləcəyi təqdirdə ilk xarici səfərini Azərbaycana edəcək. Ona görə də Ərdoğanın Şimali Kiprdən Azərbaycana yola düşəcəyini demək olar", - xəbərdə qeyd edilib.

Məlumatda vurğulanıb ki, R.T.Ərdoğan iyulun 11-12-də Brüsseldə keçiriləcək NATO sammitində iştirak edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti