Kanada ABŞ-dan idxal edilən mallara rüsum tətbiq edəcək

29-06-2018, 21:44
Oxunub: 147
Cavab rüsumlarının tətbiqi barədə ölkənin xarici işlər naziri Xristya Friland yerli telekanalların efirində elan edib


Kanada iyulun 1-dən ABŞ-dan polad, alüminium, habelə idxal olunan digər mallara 16,6 milyard Kanada dolları (12,6 milyard ABŞ dolları - red) məbləğində rüsum tətbiq edəcək.

Report-un məlumatına görə, bu barədə Kanada hökumətinin saytında, ölkənin Xarici İşlər Nazirliyinə istinadən yayılan məlumatda bildirilir.

Sənəddə vurğulanır ki, yeni ticarət tədbirləri birbaşa və mütənasib olaraq, ABŞ-ın alüminiuma və idxal olunan digər mallara rüsum tətbiq etməsinə cavabdır. Cavab rüsumlarının tətbiqi barədə ölkənin xarici işlər naziri Xristya Friland yerli telekanalların efirində elan edib.

Diplomat bildirib ki, bu tədbirlər ABŞ prezidenti Donald Tramp administrasiyasının Kanadadan polad və alüminiumun idxalına rüsumları ləğv edəcəyi günə qədər davam edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti