"Əlillər üçün fərdi reabilitasiya proqramı təyin ediləcək"

29-06-2018, 22:31
Oxunub: 213
"Fərdi reabilitasiya iki hissədən ibarət olacaq: həm tibbi, həm də sosial reabilitasiya"


"Hər bir əlil üçün fərdi reabilitasiya proqramı təyin olunacaq".

Report xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTv-nin "Günün nəbzi" verilişində deyib.

O, bildirib ki, əlillər əlilliklə bağlı təyinat aldıqdan sonra onların cəmiyyətə geri qaytarılması üçün reabilitasiya proqramı təyin ediləcək: "Fərdi reabilitasiya iki hissədən ibarət olacaq: həm tibbi, həm də sosial reabilitasiya. Tibbi reabilitasiya dedikdə bu adamın xəstəliyindən irəli gələrək bərpa və reabilitasiya mərkəzlərində müvafiq kurs keçməsi və müalicə alması nəzərdə tutulur. Proses bu gün də aparılır, amma onu daha sistemli və şəffaf təqdim edəcəyik. Bütün siyahılar nazirliyin elektron səhifələrində dərc olunacaq. Hər bir əlilliyi olan şəxs prosesi veb səhifədən izləyə biləcək".

Nazir qeyd edib ki, əlillərə psixoloji-sosial yardımlar da göstəriləcək: "Eyni zamanda onlara peşə kursları, təlimləri keçiriləcək. Yəni hər bir əlilin fərdi proqramı olacaq. Bu proqram çərçivəsində onun cəmiyyətə geri qaytarılması nəzərdə tutulur".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti