ABŞ Venesuelaya yeni sanksiyalar tətbiq edəcək

28-06-2018, 10:05
Oxunub: 68
"Biz rejimə qarşı əlavə sanksiyalar tətbiq edəcəyik"


 ABŞ Administrasiyası Venesuela hakimiyyətinə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu çərşənbə günü Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo ABŞ Konqresindəki dinləmələrdə çıxışı zamanı Venesuela ilə bağlı planlar barədə danışarkən deyib.

"Biz rejimə qarşı əlavə sanksiyalar tətbiq edəcəyik", - deyə Amerika diplomatiyasının rəhbəri bildirib.

Dövlət katibi bununla yanaşı qeyd edib ki, Vaşinqton Venesueladakı diplomatlarının "arzuolunmaz şəxs" elan edilməsinə və Vaşinqtonun buna analoji şəkildə cavab verməsinə baxmayaraq, Karakasın zamanla demokratiyaya qayıtması üçün hər hansı imkanın qalmasından ötrü şəraitin yaradılması üzrə diplomatik səylərini davam etdirəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti