Con Bolton ilə Sergey Lavrov arasında danışıqlar başlayıb

27-06-2018, 15:05
Oxunub: 285
C.Bolton Rusiya və ABŞ prezidentləri arasında mümkün görüşü müzakirə edəcək


Moskvada səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.

Bu barədə Report "İnterfaks"a istinadən xəbər verir.

Moskvaya səfəri zamanı C.Bolton Rusiya və ABŞ prezidentləri arasında mümkün görüşü müzakirə edəcək. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin də ABŞ prezidentinin müşaviri ilə görüşəcəyi məlum olub.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentlərinin görüşü iyul ayının ortalarında Vyanada keçirilə bilər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti