Ərdoğan və Tramp arasında görüş keçiriləcək

26-06-2018, 10:48
Oxunub: 208
"ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşə hazırlaşır"


 Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında görüş olacaq.

Report "Anadolu"ya istinadən xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Sara Sanders jurnalistlər üçün keçirilən gündəlik brifinqdə deyib.

Sanders bildirib ki, Türkiyədə keçirilən növbədənkənar seçkilərin nəticələrindən sonra ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşə hazırlaşır.

"Möhkəm əlaqələrimizin olduğunu bir daha vurğulamaq üçün prezident Tramp ilə Ərdoğan arasında görüş keçirilməsi üzrə iş gedir", - deyə o əlavə edib.

Sanders, görüşün nə vaxt keçiriləcəyinə dair məlumat verməyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti